Xəzər Xəbər

Xamesdən "Napoli" açıqlaması

İdman | 16:45 • 21 İyun 2019
Xamesdən "Napoli" açıqlaması

"Napoli"nin "Real"dan transfer etmək istədiyi kolumbiyalı futbolçu Xames Rodriqes açıqlama verib.

27 yaşlı futbolçu neapollulara "yaşıl işıq" yandırıb.

"Napoli" böyük tarixə malik klubdur. Dieqo Maradona da bu klubda çıxış edib. Transferi düşünəcək günlərim var. Hazırda Kolumbiya millisinə və Kopa Amerikaya köklənmişəm".

"Napoli" Xamesi 1 illik icarəyə götürmək üçün Madrid klubuna 10 milyon avro təklif edib. Bundan əlavə, 30 milyon avroluq satın alma şərti də irəli sürülüb.

"La Gazetta dello Sport"un məlumatına görə, tərəflər anlaşmaq üzrədir.

Qeyd edək ki, "Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Kolumbiyalıu yarımmüdafiəçi son iki mövsümü "Bayern"də keçirib.

Xəbər lenti