Xəzər Xəbər

Petr Çex “Çelsi”yə qayıtdı

İdman | 16:32 • 21 İyun 2019
Petr Çex “Çelsi”yə qayıtdı

İngiltərənin "Çelsi” futbol klubunun keçmiş qapıçısı Petr Çex kluba texniki məsləhətçi kimi qayıdıb.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

37 yaşlı futbolçu komandanın gənc və əsas heyəti arasındakı əlaqəyə görə məsuliyyət daşıyacaq.

Bundan başqa, P.Çex klubun direktoru Marina Qranovska ilə birlikdə çalışacaq və futbolla bağlı fikirlərini bölüşəcək:

"Səbirsizliklə növbəti çağırışı gözləyirəm və komandaya daha böyük uğurlar qazandırmaq üçün təcrübəmdənistifadə edərək kömək edə biləcəyimə ümid edirəm”, -keçmiş qapıçı "Instagram” səhifəsində yazıb.

Qeyd edək ki, P.Çex 2004-2015-ci illərdə "Çelsi”də çıxış edib. O, London klubunun tərkibində 15 kubok sahibi olub. 2015-2019-cu illərdə isə "Arsenal”ın qapısını qoruyub.

Xəbər lenti