Xəzər Xəbər

"Yuventus" Fransa millisinin üzvünü transfer etdi

İdman | 13:46 • 21 İyun 2019
"Yuventus" Fransa millisinin üzvünü transfer etdi

"Yuventus" növbəti transferini reallaşdırıb.

"Sky Italia" xəbər verir ki, PSJ ilə müqaviləsi başa çatan Adrien Rabyö Turin təmsilçisinə keçməyə razılıq verib. "Qoca sinyora" ilə anlaşan 24 yaşlı futbolçunun transferi tezliklə açıqlanacaq.

Fransa millisinin üzvü "Yuventus"la 5 illik müqavilə imzalayıb. Onun illik maaşı 7 milyon avro olacaq. Rabyo 10 milyon avroimza pulu alıb.

PSJ-nin yetirməsi olan fransalı futbolçu ötən mövsüm 20 oyuna 2 qol vurub, 2 assist edib.

Xəbər lenti