Xəzər Xəbər

"Everton" Cenk Tosun üçün almanlardan 20 milyon tələb etdi

İdman | 13:42 • 21 İyun 2019
"Everton" Cenk Tosun üçün almanlardan 20 milyon tələb etdi

İngiltərənin "Everton" klubunun türkiyəli hücumçusu Cenk Tosun karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Dortmund "Borussiya"sı və "Şalke" 28 yaşlı hücumçu ilə maraqlanır. İngiltərə mətbuatının məlumatına görə, hər iki klub Liverpul təmsilçisi ilə danışıqlar aparıb. Premyer Liqa klubu Türkiyə millisinin üzvü 20 milyon avro tələb edir.

"Everton" Cenk Tosunu ötən il 22,5 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Xəbər lenti