Xəzər Xəbər

“Zirə” monteneqrolu qapıçı transfer etdi RƏSMİ

İdman | 13:11 • 21 İyun 2019
“Zirə” monteneqrolu qapıçı transfer etdi

"Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb.

Montenqrolu əlcək sahibi bundan öncə "Berane”, "Srvena Stiyena”, "Radniçki”, "Banat”, "Marsonia 1909”, "Riyeka”, "Timok”, "Metalaq Qornji Milanovaç”, "Novi Pazar”, "Radniçki Nis”, "Rad və "Baçka” klublarında çıxış edib.

Xəbər lenti