Xəzər Xəbər

Aleksandr Səmədov Azərbaycan klubuna keçir?

İdman | 13:04 • 21 İyun 2019
Aleksandr Səmədov Azərbaycan klubuna keçir?

Ötən mövsümün qış fasiləsində Rusiyanın "Spartak" klubundan "Krılya Sovetov"a keçən Aleksandr Səmədov karyerasını Azərbaycanda davam etdirə bilər.

XəzərXəbər sportmail.ru-ya istinadən xəbər verir ki, azad agent statusu daşıyan 34 yaşlı yarımmüdafiəçi oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmayıb.

Səmədovun "Krılya Spvetov"la yeni müqavilə imzalamaq variantının olduğu da xəbərdə vurğulanıb.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Aleksandr Səmədov paytaxtın "Lokomotiv", "Moskva" və "Dinamo" klublarında da çıxış edib. Təcrübəli oyunçu 2011-2018-ci illərdə Rusiya yığmasında forma geyinib. Səmədov DÇ-2018-dən sonra milli karyerasını başa vurub.

Xəbər lenti