Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyunu keçirəcək.
"Flaqman” Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran Roberto Bordinin komandasının iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq.
İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.