Kopa Amerikada mübarizə aparan Uruqvay millisi ciddi itki ilə üzləşib.
XəzərXəbər federasiyasının saytına istinadən xəbər verir ki,Matias Vesino yığmanın heyətindən kənarlaşdırılıb.
Qrup mərhələsinin ilk turunda Ekvadorla oyunun (4:0) 79-cu dəqiqəsində zədələnən 27 yaşlı yarımmüdafiəçiKopa Amerika turnirinin digər oyunlarını buraxmalı olacaq.