Xəzər Xəbər

Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

İdman | 13:13 • 18 İyun 2019
Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

"Fənərbaxça”nın rusiyalı müdafiəçisi Roman Noyştedter digər İstanbul təmsilçisi "Beşiktaş”a keçə bilər. Bu haqda futbolçunun özü məlumat verib.

Onun sözlərinə görə, "Beşiktaş”ın yeni baş məşqçisi Abdulla Avcı rusiyalını komandasında görmək istəyir.

"Yaxın zamanda keçidimə aydınlıq gətiriləcək. Buna görə İstanbuldan getməyə tələsmirəm. Rusiyadan və Almaniyadan gələn təklifləri hələlik qırağa çəkmişəm”, - deyə, futbolçu bildirib.

Bu iliyunun 30-da R. Noyştedterin "Fənərbaxça” ilə müqaviləsi bitir. 2018/19 mövsümündə o, 31 dəfə "sarı-lacivert”lərin formasını geyib və bu oyunlarda 2 qola imza atıb.

Xəbər lenti