Xəzər Xəbər

"Neftçi" və "Səbail" rəqibini tanıyır

İdman | 10:04 • 18 İyun 2019
"Neftçi" və "Səbail" rəqibini tanıyır

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Ölkəmizi bu mərhələdə təmsil edəcək "Neftçi” və "Səbail” də rəqiblərini tanıyacaq.
Mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


"Neftçi”nin potensial rəqibləri

"Hibernians” (Malta)

"Rujomberok” (Slovakiya)

"Pandev Akademiyası” (Makedoniya)

"Speranta” (Nisporeni, Moldova)

"Zeta” (Monteneqro)

"Səbail”in potensial rəqibləri

"Universitatya Krayova 1948” (Rumıniya)

"Baltsan” (Malta)

"Laçi” (Albaniya)

"Şkupi” (Makedoniya)

"Petrokub-Hincesti” (Moldova)

"Narva Trans” (Estoniya)

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq (Qol.az)

Xəbər lenti