Xəzər Xəbər

Kolorov "Fənərbaxça"da çıxış edə bilər

İdman | 13:51 • 17 İyun 2019
Kolorov "Fənərbaxça"da çıxış edə bilər

"Fənərbaxça" heyətini "Roma"nın müdafiəçisi Aleksandr Kolarovla gücləndirmək istəyir.

İstanbul klubu 34 yaşlı futbolçuya rəsmi təklif göndərib.

Serbiya millisinin üzvünə 2+1 illik müqavilə və illik 2.3 milyon avro təklif edən "sarı-lacivərdlilər" "Roma" ilə danışıqları davam etdirir. Təcrübəli oyunçu özü də "Fənərbaxça"da oynamaqda maraqlıdır. Klublar təzminat məsələsində razılığa gələcəkləri təqdirdə Kolarovun Superliqa təmsilçisinə keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Kolarov "Roma"dan əvvəl "Latsio" və "Mançester Siti"nin də formasını geyinib.

Xəbər lenti