Xəzər Xəbər

Maradona: “Tanrının əli” ilə ingilislərdən intiqam aldıq

İdman | 11:05 • 16 İyun 2019
Maradona: “Tanrının əli” ilə ingilislərdən intiqam aldıq

Argentina yığmasının əfsanəvi forvardı Dieqo Maradona 1986-cı ildə futbol üzrə dünya çempionatında İngiltərə yığmasının qapısına vurduğu, "Tanrının əli” adı ilə tanınan məşhur qolunu Folklend adalarına görə İngiltərədən alınmış intiqam adlandırıb.

"Bizagrentinalılar hərbçilərin nə ilə üzləşdiyini bilmirdik. Bizə demişdilər ki, müharibədə qələbə qazanırıq. Əslində isə İngiltərə 20:0 hesabı ilə qabaqda idi. Bu, çox ağır idi. Elə bir hay-küy qaldırılmışdı ki, sanki biz də futbol meydançasında daha bir savaşdan qalib çıxmağa hazırlaşırıq.

Mən bilirdim ki, topu qapıdan əlimlə keçirmişəm. Bunu heç planlaşdırmırdım da. Lakin hər şey elə sürətlə baş verdi ki, heç xətdəki hakim də əllə qol vurduğumugörmədi. Hakim mənə baxdı və dedi: "Qol”. Bu, o dərəcədə gözəl bir hiss idi ki, sanki ingilislərdən simvolik intiqam aldıq”, - deyə D.Maradona bu yaxınlarda ekranlara çıxan sənədli avtobioqrafikfilmdə bildirib.

Xatırladaq ki, 1986-cı ildünya çempionatının dörddəbir finalında Maradona oyunun 51-ci dəqiqəsində ingilislərin qapısına əli ilə top keçirmişdi. Buna baxmayaraq, oyunun hakimi bunuqol kimi qeydə almışdı. Dörd dəqiqədən sonra D.Maradona "əsrin qolu”nu vuraraq, Argentinaya 2:1 hesabı ilə qələbə qazandırmışdı. Beləliklə, komandası turnirin qalibi olmuşdu.

Xəbər lenti