Xəzər Xəbər

Dünyanın ən bahalı futbolçuları TAM SİYAHI

İdman | 11:52 • 14 İyun 2019
Dünyanın ən bahalı futbolçuları

"CİES Football Observatory" Araşdırmalar Mərkəzi dünyanın ən bahalı futbolçularının siyahısını dərc edib.


Ən dəyərli 100 futbolçunun yer aldığı siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Killian Mbappe başçılıq edir ( 252,2 milyon avro).


Onu "Liverpul”da çıxış edən Misir yığmasının forvardı Məhəmməd Salah izləyir (219,6 milyon avro). İlk "üçlüy”ü İngiltərə yığmasının və "Mançester Siti”nin üzvü Rahim Sterlinq qapayır (207,9 milyon avro).


"Barselona”nın argentinalı ulduzu Lionel Messi şirkətin müəyyənləşdirdiyi transfer qiymətinə görə siyahıda 4-cü yerdədi (167,4 milyon avro).


Dünyanın ən bahalı transferi, PSJ-nin braziliyalı ulduzu Neymar 174-ci (124,7 milyon avro), "Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 20-ci (118,1 milyon avro) olub.

Xəbər lenti