Xəzər Xəbər

Kanada klubu tarixində ilk dəfə NBA çempionu oldu

İdman | 11:43 • 14 İyun 2019
Kanada klubu tarixində ilk dəfə NBA çempionu oldu

Milli Basketbol Liqasında (NBA) 2018/19 mövsümünün qalibi müəyyənləşib.


Final mərhələsinin 6-cı görüşündə "Qolden Steyt”i 114:110 hesabı ilə məğlub edən "Toronto" çempion olub. Kanada təmsilçisi qələbə qazanmaqla ümumi hesabı 4:2 edib.


Komandanın heyətində Kavay Leonard qarşılaşmanın ən yaxşı basketbolçusu seçilib. O, həlledici oyunda 22 xal və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Qeyd edək ki, 1995-ci ildə yaranan "Toronto" komandası tarixində ilk dəfə NBA çempionu adını qazanıb.


Fanat.Az

Xəbər lenti