Xəzər Xəbər

Fransa millisinin üzvü "Real"da - Deşam açıqladı

İdman | 15:56 • 11 İyun 2019
Fransa millisinin üzvü "Real"da - Deşam açıqladı

Fransa milli komandasının baş məşqçisi Didye Deşam "Real"ın yeni transferini açıqlayıb.

50 yaşlı mütəxəssis milli komandanın və "Lion"un sol cinah müdafiəçisi Ferlan Mendinin Madrid klubuna keçəcəyini deyib: "Mendi iki il əvvəl ikinci liqada çıxış edirdi. İndi isə "Real"a transfer olmaq üzrədir. İnanılmaz artım göstərib".

İspaniya mətbuatının məlumatına görə, "kral klubu" 24 yaşlı futbolçunun keçidi üçün "Lion"a 50 milyon avro təzminat ödəyəcək. Bundan əlavə, madridlilər Teo Ernandeslə Serxio Reqilonu Fransa klubuna icarəyə verəcək.

"Lion" Mendini 2017-ci ildə "Le Havr"dan 5 milyon avroya transfer edib. O, ötən mövsüm 44 oyuna 3 qol vurub, 3 assist edib.

Xəbər lenti