Xəzər Xəbər

"Roma"nın yeni baş məşqçisi rəsmən açıqlandı

İdman | 15:35 • 11 İyun 2019
"Roma"nın yeni baş məşqçisi rəsmən açıqlandı

"Roma"nın yeni baş məşqçisi rəsmən açıqlanıb.


XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, Paulu Fonseka İtaliya klubunun sükanı arxasına keçib. Portuqaliyalı mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb.


Mozambik əsilli baş məşqçi ötən 3 mövsüm ərzində Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına rəhbərlik edib. O, 3 dəfə ölkə çempionu və 3 dəfə kubokun, 1 dəfə Superkubokun sahibi olub. Əvvəllər isə Fonseka Portuqaliyanın "Portu", "Pasuş de Ferreyra" və "Braqa" klublarında çalışıb.


Qeyd edək ki, 46 yaşlı Paulu Fonseka "Roma"nın baş məşqçisi vəzifəsində Klaudio Ranyerini əvəzləyib.

Xəbər lenti