Xəzər Xəbər

Kənd klubu Ukrayna Premyer Liqasına çıxdı

İdman | 09:37 • 10 İyun 2019
Kənd klubu Ukrayna Premyer Liqasına çıxdı

"Kolos” futbol klubu Kovalevka kəndindən ilk dəfə Ukrayna Premyer Liqasına çıxıb.

Bu haqda komandanın saytında bildirilir.

Kovalevka kəndi Ukraynanın paytaxtı Kiyevin 80 kilometrliyində yerləşir. Bu, Ukrayna çempionatının matçlarının keçiriləcəyi ən kiçik yaşayış məntəqəsidir. Orada təxminən 1,6 min sakin yaşayır, "Kolos”un stadionu isə 2,5 min tamaşaçı üçün nəzərdə tutulub./publika.az

Xəbər lenti