Xəzər Xəbər

Şenol Günəş: "Fransa üzərində böyüdülə biləcək bir qalibiyyət əldə etdik"

İdman | 12:59 • 9 İyun 2019
Şenol Günəş: "Fransa üzərində böyüdülə biləcək bir qalibiyyət əldə etdik"

"Üç xalı yaxşı oyunla qazandıq. Bunun sayəsində özünəinam əldə etdik”.


APA-nın məlumatına görə, bunu futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.


Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Fransa ilə ev oyunu barədə fikirlərini açıqlayıb: "Etibarlı, aqressiv və ağıllı oyun nümayiş etdirdik. Fransanın çox təhlükəli silahları olsa da, biz daha effektli oynadıq. Oyun planında üstünlük bizdə idi. Rəqibə az imkan verdik. Fransa üzərində böyüdülə biləcək bir qalibiyyət əldə etdik. Çünki Fransa böyük bir komandadır və futbol ölkəsini təmsil edir. Rəqib futbolçu yetişdirən və ulduzlara malikdir”.


Ş.Günəş bildirib ki, 2:0 hesablı qələbəni unutmaq və növbəti qarşılaşmaya köklənmək daha vacibdir: "Azarkeşlərimiz də möhtəşəm idi. Onların müdhiş dəstəyini hiss edirdik. Biz Fransaya qalib gəlib qrupda üstünlük qazandıq. Lakin İslandiya ilə görüş də çox vacibdir. Bu nəticəni mümkün qədər tez unutmalı və həmin oyuna hazırlaşmalıyıq. Çünki əsas rəqibimiz məhz İslandiyadır. Fransanın istənilən halda qrupdan çıxacağını düşünürəm. Bu qələbənin ardından İslandiyadan da üç xal alsaq, üstünlük tərəfimizdə olacaq. Ona görə də, qarşıdakı görüşü düşünmüəliyik”.

Xəbər lenti