Xəzər Xəbər

Ermənistan idmançısı son 10 ildə qazandığı bütün medallardan məhrum edilib

İdman | 21:43 • 8 İyun 2019
Ermənistan idmançısı son 10 ildə qazandığı bütün medallardan məhrum edilib

Ermənistan idmançısı Pirsima Xurşudyan ağır atletika üzrə 2008-ci ildə keçirilmiş Avropa çempionatında qazandığı medaldan məhrum edilib. Buna səbəb onun qanında aşkar edilmiş dopinq olub.


AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Ağır Atletika Federasiyası məlumat yayıb.


Məlumatda deyilir ki, erməni idmançının qazandığı qızıl medallar Gürcüstan təmsilçisi Anastasiya Qotfridə verilib.


Bununla da A.Qotfrid ikiqat Avropa çempionu və dünya çempionu adlarına sahib olub.


Məlumat üçün qeyd edək ki, P.Xurşudyan qanında aşkar olunan dopinqə görə, son 10 ildə qazandığı bütün medallardan məhrum edilib.

Xəbər lenti