Xəzər Xəbər

Olimpiya çempionunun avtomobili gölməçədən tapılıb

İdman | 15:35 • 27 May 2019
Olimpiya çempionunun avtomobili gölməçədən tapılıb

Voleybol üzrə olimpiya çempionu Aleksandr Volkova məxsus "Audi” avtomobili tapılıb.


Sankt-Peterburqun "Zenit” klubunda çıxış edən blokçunun maşını güllə izləri ilə Petrovsk gölməçəsində aşkarlanıb.


Suyun altından çıxarılan avtomobilin içində qan izləri aşkar görünüb. Hadisə yerinə gələn polis maşının nömrələrini açan iki şəxsi saxlayıb.


Qeyd edək ki, "Audi” A.Volkova 2012-ci ildə Rio Olimpiadasındakı çempionluğa görə verilib. (ONA)

Xəbər lenti