Xəzər Xəbər

“Çelsi” Bakıda keçiriləcək Avropa Liqasının finalına itkilərlə gəlir

İdman | 14:07 • 27 May 2019
“Çelsi” Bakıda keçiriləcək Avropa Liqasının finalına itkilərlə gəlir

Londonun "Çelsi” futbol klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final görüşündə N’Qolo Kantenin xidmətindən istifadə edə bilməyəcək.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, 28 yaşlı fransalı yarımmüdafiəçi son məşqdə dizindən zədələnib. Yarımmüdafiəçi böyük ehtimalla final oyununu buraxacaq.


Kante cari mövsümdə "Çelsi”nin heyətində keçirdiyi 52 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.


Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də zədə səbəbindən oynamayacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti