Xəzər Xəbər

"Barselona" 9 futbolçu ilə yolları ayırır

İdman | 17:33 • 26 May 2019
"Barselona" 9 futbolçu ilə yolları ayırır

İspaniyanın "Barselona" klubu yayda böyük dəyişikliklər etməyi planlaşdırır.

XəzərXəbər "Sport" qəzetinə istinadən xəbər verir ki, kataloniyalılar Yasper Sillessen, Ceyson Murilyo, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filippe Koutinyo və Kevin-Prins Boatenqlə yolları ayıracaq.

Xəbərdə klubunprezidenti Xosep Mariya Bartomeu və kapitanı Lionel Messinin gələn mövsümə baş məşqçi Ernesto Valverde ilə davam etmək istəmədiyi vurğulanıb.

"Barselona" başa çatan mövsüm 26-cı dəfə La Liqa çempionu olub. Ancaq komanda Çempionlar Liqasının yarım finalında mübarizəni dayandırıb. Bundan əlavə, katalonlar Kral kubokunun finalında "Valensiya"ya uduzub.

Xəbər lenti