Xəzər Xəbər

"Napoli" "Real"ın 90 milyon avroluq təklifini rədd etdi

İdman | 16:46 • 26 May 2019
"Napoli" "Real"ın 90 milyon avroluq təklifini rədd etdi

"Napoli"nin müdafiəçisi Kalidu Kulibalini transfer etmək istəyən "Real" rədd cavabı alıb.

"Corriere dello Sport" xəbər verir ki, neapollular "kral klubu"nun90 milyon avroluq təklifini rədd edib. Xəbərdə "Napoli"nin bu keçid üçün 150 milyon avro tələb etdiyi qeyd edilib.

Ən bahalı müdafiəçi transferi "Liverpul"a məxsusdur. "Qırmızılar" 2017-ci ildə hollandiyalı futbolçu Vircil van Dayk üçün "Sauthempton"a 85 milyon avro təzminat ödəmişdi.

Kulibalinin "Napoli" ilə müqaviləsi 2023-cü ilə qədərdir. 27 yaşlı futbolçu başa çatan mövsüm 48 oyuna 2 qol vurub, 2 assist edib.

Xəbər lenti