Xəzər Xəbər

"Qalatasaray"ın transfer siyahısı: 3 dünya ulduzu...

İdman | 16:38 • 26 May 2019
"Qalatasaray"ın transfer siyahısı:

22-ci çempionluğunu rəsmiləşdirən "Qalatasaray" transfer çalışmalarını sürətləndirib.


Növbəti mövsüm Çempionlar Liqasında uğurlu çıxış etmək istəyən İstanbul klubunun heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi bəllidi.


Bunlardan biri Radamel Falkaodu. Kolumbiyalı forvard "Monako"dan ayrılaqla bağlı qərar verib. Onunla İspaniyanın "Valensiya" da maraqlanır. Mbaye Diagneni satmaq, hücum xəttinə Çexiyanın "Sparta" klubundan qanalı forvard Benjamin Tetteh və Falkaonu transfer etmək istəyir.


Hədəfdəki ikinci ulduz Frank Riberidi. 2005-ci ildə qısa müddət İstanbul klubunda çıxış edən fransalı yarımmüdafiəçi "Bavariya"dan ayrılıb və hazırda klubsuzdu. Riberi bu günlərdə sosial media hesabından "Qalatasaray"la bağlı paylaşımlar edib, həmçinin klubu çempionluq münasibəti ilə təbrik edərək azarkeşləri həyacanlandırıb. Ona ABŞ və Səudiyyə Ərəbistanından təkliflər olsa da, Riberinin Çempionlar Liqasında oynamaq istədiyi və bu səbəbdən "Qalatasaray"a keçmək şansının yüksək olduğu bildirilir.


"Qalatasaray"ın transfer etmək istədiyi digər futbolçu Rayan Babeldi. "Fulhem"lə müqaviləsi başa çatan hollandiyalı ulduz artıq İstanbul klubu ilə anlaşıb. O, bu günlərdə "Instagram" hesabından "1+1" paylaşımı edib. Futbolçunun bununla "Qalatasaray"la 1+1 il şərti ilə müqavilə imzalayacağına işarə vurduğu deyilir.

Xəbər lenti