Xəzər Xəbər

Avroliqanın finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər

İdman | 16:05 • 25 May 2019
Avroliqanın finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər

Futbol üzrə UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-dən 30-dək ictimai nəqliyyatdan, biletli azarkeşlərin isə mayın 28-dən 30-dək kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz istifadə edəcəklər


Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.


Onun sözlərinə görə, eyni zamanda, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Çarter reysi ilə ölkəmizə gələcək Arsenal və Çelsi azerkeşlərinin aeroportun "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin "Depo-2" ərazisinə təqdim edilən siyahıya uyğun daşınması "AFN transport" şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.

Xəbər lenti