Xəzər Xəbər

Cüdoçu Hidayət Heydərov Çində keçirilən Qran-Pri yarışında finala vəsiqə qazanıb

İdman | 11:38 • 25 May 2019
Cüdoçu Hidayət Heydərov Çində keçirilən Qran-Pri yarışında finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çinin Hohhot şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin finalına vəsiqə qazanıb.


Qran-Prinin ikinci günündə mübarizəyə qoşulan Hidayət Heydərov (73 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvartov olacaq.


Çin Qran-Prisində 43 ölkədən 300-dən çox cüdoçu iştirak edir.


Qeyd edək ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş "Böyük dəbilqə” turnirinin qalibi olub.

Xəbər lenti