PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın ulduz futbolçuları - Kilian Mbappe və Neymarla bağlı açıqlama verib.
XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların komandadan ayrılacağı iddialarına münasibət bildirib:
"Mbappe çox ağıılı futbolçudur. Gənc yaşından artıq məsuliyyəti öz üzərinə götürməyə çalışır. Bir baş məşqçi kimi Neymar və Mbappenin komandada qalmasını istəyirəm. Ancaq ayrılsalar, çıxış yolutapacağıq".
Mbappe Fransa Liqa 1-də ilin futbolçusu seçilərkən komandadan ayrılacağına dair işarə vurmuşdu. Lakin klub sosial şəbəkə hesabında bəyanat yayaraq, 20 yaşlı forvardın komandada qalacağını bəyan etdi.
Neymarın adı isə Madrid "Real"ı ilə hallanır.