Xəzər Xəbər

"Sevilya"dan "Milan"a qayıtdı

İdman | 15:54 • 24 May 2019
"Sevilya"dan "Milan"a qayıtdı

"Sevilya"nın "Milan"dan icarəyə götürdüyü Andre Silva Əndəlüsiya klubundan ayrıldığını bəyan edib.

"Mundo Deportivo" xəbər verir ki, portuqaliyalı hücumçu gələcək kareyerası ilə bağlı qərar vermədiyini deyib:

"Mənə göstərdiyi isti münasibət üçün "Sevilya" klubuna minnətdaram. Klubun və şəhərin ruhunu çox sevdim. Ümid edirəm ki, gələcəkdə komandanın uğurları çox olacaq. Gələn mövsümlə bağlı qərar verməmişəm. Tez-tez oynayacağım yerə getmək istəyirəm. Bu, yeganə problemimdir".

"Sevilya" Silvanı 4 milyon avroya icarəyə götürmüşdü. 23 yaşlı futbolçunu birdəfəlik transfer etmək üçün 39 milyon avro ödənilməli idi.

Silva başa çatan mövsüm La Liqada 27 oyuna 9 qol vurub, 2 assist edib.

Xəbər lenti