Xəzər Xəbər

"Qalatasaray"dan Riberiyə iki illik müqavilə təklifi

İdman | 14:56 • 24 May 2019
"Qalatasaray"dan Riberiyə iki illik müqavilə təklifi

Növbəti mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" transfer fəaliyyətinə başlayıb.

XəzərXəbər "Sabah" qəzetinə istinadən xəbər verir ki, Henri Onyekurunun "Everton" dönəcəyini nəzərə alan "sarı-qırmızılar" cinahda yaranacaq boşluğu doldurmaq üçün axtarışlara başlayıb.

İstanbul klubu "Bayern"də vida matçını keçirən sabiq futbolçusu Frank Riberiyə 2 illik təklif göndərib. 36 yaşlı futbolçuya illik 2 milyon avro maaş təklif olunub.

Riberi 2004/05 mövsümündə "Qalatasaray"da çıxış edərkən maaşının gecikdirilməsini səbəb göstərərək, müqaviləsini ləğv edib, "Marsel"ə keçmişdi.

Xəbər lenti