Xəzər Xəbər

"Beşiktaş" Abdullah Avcı ilə müqavilə imzalamağa yaxındır

İdman | 14:51 • 24 May 2019
"Beşiktaş" Abdullah Avcı ilə müqavilə imzalamağa yaxındır

Mövsümün sonunda Şenol Günəşlə yolları ayıracaq "Beşiktaş" klubu baş məşqçi postuna Abdullah Avcını gətirmək üçün danışıqlar aparır.

XəzərXəbər "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul klubunun 55 yaşlı mütəxəssislə ilk görüşü reallaşıb. "Beşiktaş"ın təklifinə müsbət yanaşan çalışdırıcı qərar verməkdə tələsməyib.

Super Liqada çempionluğu növbəti dəfə qaçıranAvcı yeni mövsüm başqa klubda çalışmaq istəyir. O, yekun qərarını növbəti həftə klub rəhbərliyi ilə görüşdən sonra verəcək.

Abdullah Avcı 2014-cü ildən "Başakşəhər"i çalışdırır.

Xəbər lenti