Xəzər Xəbər

Marçello Lippi yenidən futbol üzrə Çin millisinin baş məşqçisi təyin olunub

İdman | 11:09 • 24 May 2019
Marçello Lippi yenidən futbol üzrə Çin millisinin baş məşqçisi təyin olunub

İtaliyalı mütəxəssis Marçello Lippi yenidən futbol üzrə Çin millisinin baş məşqçisi təyin olunub.


AZƏRTAC xəbər verir ki, bu barədə Çin Futbol Assosiasiyası məlumat yayıb.


Marçello Lippi ilk dəfə 2016-cı ilin noyabrında Çin millisinin baş məşqçisi vəzifəsinə təyin edilmişdi. Amma o, cari ilin yanvarında Çin yığmasının Asiya kubokunun dörddəbir finalında İran millisinə 0:3 hesabı ilə məğlub olmasından sonra istefa vermişdi. M.Lippinin gedişindən sonra milli komandaya bir müddət daha bir italiyalı mütəxəssis Fabio Kannavaro rəhbərlik edib.


İtaliya yığması ilə 2006-cı ildə dünya kubokunun qalibi olan M.Lippi iyundan yeni vəzifəsinin icrasına başlayacaq. Onun ilk işi Çin millisini 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlamaqdır.

Xəbər lenti