Xəzər Xəbər

“Real”ın transfer etmək istədiyi futbolçuya 250 milyon avro qiymət qoyuldu

İdman | 16:45 • 23 May 2019
“Real”ın transfer etmək istədiyi futbolçuya 250 milyon avro qiymət qoyuldu

"Real” gələn mövsümə daha güclü heyətlə başlayacaq. "Çelsi”dən Eden Azar transfer olunub. İndi də PSJ-dən Kilina Mbapenin keçid ehtimalı müzakirə olunur. "Real”ın baş məşqçisi Zinəddin Zidan onu da sərəncamında görmək istəyir.

Eden Azar

Paris klubu futbolçusunu 250 milyon avrodan ucuz satmaq fikrində deyil. Məbləğ böyük görünə bilər, amma unutmayaq ki, PSJ onu "Monako”dan 180 milyon avroya almışdı. Mbappe PSJ-yə keçəndən sonra dünya çempionu olmağa imkan tapıb.

Mbappe

Madriddə hücumçunun Fransa çempionatının ən yaxşısı seçilməsini də yaxşı qarşılayıblar. Açıq-aşkar hiss olunur ki, "Real” onun transferində israrlıdır.

Mbappe bu mövsüm Fransa çempionatının 28 oyununda 32 qol vurub.

Kilian bir müddət əvvəl PSJ-dəki mövqeyindən narazılıq etmişdi. O gedəcəyinə eyham vurmuşdu.

Xəbər lenti