Xəzər Xəbər

Avroliqanın Bakı finalında DJ Conas Blu çıxış edəcək

İdman | 15:29 • 23 May 2019
Avroliqanın Bakı finalında DJ Conas Blu çıxış edəcək

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib.


Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, möhtəşəm arenada ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu tamaşaçılara unudulmaz anlar yaşadacaq.


Treysi Çapmanın "Fast car” kompozisiyasına hazırladığı remikslə qlobal populyarlıq qazanan Conas Blunun mahnıları o vaxtdan etibarən qlobal audioyayım (striminq) xidmətlərində 7,5 milyard dəfə dinlənilib, sinql isə 40 milyon ədəd satılıb. O, 5 dəfə BRIT mükafatı üçün təqdim edilib, 4 dəfə Birləşmiş Krallıqda ən çox satılan beş sinql arasında yer alıb və dünyanın müxtəlif ölkələrində 120 dəfə "platinum” statusu qazanıb.


Tereza Reksin də iştirak etdiyi, son dərəcə uğurlu olan sonuncu "What I Like About You’ sinqlinin ərsəyə gəlməsi ilə Conas Blunun karyerasında bir yeni səhifə açıb.


"Jack & Jack” qrupunun da yer aldığı "Rise” parçası ötən il yayın ən məşhur hitlərindən olub. Conas payız mövsümünə "Polaroid” treki ilə adını yazdırıb. Bu iki hitin uğur qazandığı dövrdə Conasın reytinq cədvəllərinə başçılıq edən super ulduz Beki Hill və Detroytun haus janrı üzrə əfsanəvi DJ-i MK ilə uğurlu işbirliyi nəticəsində "Back & Forth” adlı mahnısı işıq üzü görüb.


Bunun ardınca 2018-ci ilin noyabrında Conasın ilk albomu olan "Blue” işıq üzü görüb. On beş trekdən ibarət albomda populyarlığı sürətlə artan müğənni Nina Nesbitt, platin satışı rekordu vuran kanadalı Cessi Reyez, geniş profilli müğənni-bəstəkar Zak Abel, Şarlotta Ou Si və "Qremmi” mükafatı laureatı Puerto-Riko əsilli reper Cey Kortez ilə çalışmaları yer alıb.

Xəbər lenti