Xəzər Xəbər

"Barselona" holland futbolçu transfer etdi

İdman | 16:03 • 23 May 2019
"Barselona" holland futbolçu transfer etdi

"Barselona" heyətinə yeni futbolçu cəlb edib.


Kataloniya təmsilçisi Hollandiyanın "Qroningen" klubundan Ludovit Reysi heyətinə qatıb.


19 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı klublar arasında anlaşma əldə olub. "Barselona" "Qroningen"ə 7 milyon avro ödəyəcək və Reyslə 5 illik müqavilə imzalayacaq. O, 2019/20 mövsümünü "Barselona"nın ikinci komandasında keçirəcək.


Qeyd edək ki, Ludovit Reys geridə qalan mövsüm 33 oyunda meydana çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti