Xəzər Xəbər

Məşhur futbolçunun arvadından pis xəbər

İdman | 15:58 • 23 May 2019
Məşhur futbolçunun arvadından pis xəbər

"Portu”nun qapıçısı İker Kasilyasın arvadı, idman jurnalisti Sara Karboneroda xərçəng xəstəliyi aşkar olunub.


XəzərXəbər xəbər verir ki, bir neçə gün əvvəl, adi müayinə zamanı həkimlər onda xərçəng aşkarlayıb və dərhal əməliyyat ediblər.


"Xəstəliyi vaxtında tapa biliblər. Lakin məni qabaqda bir necə ay müalicə və mübarizə gözləyir. Əminəm ki, hər şey sonda qaydasında olacaq, amma onuda anlayıram bu yol heç də asan olmayacaq. Məni ailəm, dostlarım, və mükəmməl həkim heyyəti dəstəkləyir”, - deyə, Kabalero İnstaqram səhifəsində yazıb.


Qeyd edək ki, 3 həftə öncə onun əri İker Kasilyas məşq zamanı infarkt keçirib və xəstəxanaya yerləşdirilib.


Fanat.Az

Xəbər lenti