Xəzər Xəbər

FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina etdi

İdman | 15:08 • 23 May 2019
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina etdi

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatı iştirakçılarının tərkibi 32-dən 48 komandaya qədər artırılmayacaq.

Bu barədə AP məlumat yayıb.

FİFA çempionat iştirakçılarının sayını artırmamaqla yanaşı, turnirin bir neçə matçının Qətərdən kənarda keçirilməsi ideyasından da imtina edib.

Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında Doha, Lusail, Əl-Vakr, Əl-Xor, Ər-Rayyan, Umm-Salal və Əş-Şamal şəhərlərində keçiriləcək (Report).

Xəbər lenti