Xəzər Xəbər

Neymar "Real"la danışığa başladı

İdman | 17:14 • 21 May 2019
Neymar "Real"la danışığa başladı

PSJ-nin hücumçusu Neymar yenidən İspaniyaya qayıda bilər.


XəzərXəbər matc.az-a istinadən xəbər verir ki, braziliyalı superulduzun "Real"a transferi gündəmə gəlib.


"Sambaçı"nın meneceri artıq "kral klubu" ilə danışığa da başlayıb. PSJ-də xoşbəxt olmadığını bildirən 27 yaşlı vinger özü komandasını dəyişməkdə maraqlıdı.


Onun komanda yoldaşı Kilian Mbappedən əli üzülən "Real" rəhbərliyi də məhz Neymarın keçidi üçün çalışmalara başlayıb.


Qeyd edək ki, Neymar bu mövsüm 28 oyunda 23 qola imza atıb.

Xəbər lenti