Xəzər Xəbər

Kompani "Anderlext"ə keçir ÖZÜ DEDİ

İdman | 15:52 • 20 May 2019
Kompani "Anderlext"ə keçir

"Mançester Siti” ilə vidalaşan Vinsan Kompani "Anderlext”lə müqavilə bağlayacaq.

 

"Şəhərlilər”in kapitanı oynayan məşqçi olacaq. Bunu belçikalı öz feysbuk hesabında yazıb. O, izləyiciləri üçün ümumi təəssüratlarını bölüşüb, ardından yeniliyi açıqlayıb:


"Bu yaxınlarda telefon zəngi aldım. "Anderlext”dən zəng vurmuşdular. Belçika klubunun çağırışını qəbul etdim. Oynayan məşqçi olacam. Onlara bir qədər "Mançester Siti” ruhu əlavə edə biləcəyimə əminəm. Mövsüm olduqca yaddaqalan alındı. Əlvida demirəm, görüşərik”.

 

 

Fanat.Az

Xəbər lenti