Xəzər Xəbər

Alleqri klub axtarır: "Növbəti mövsümü boş keçirmək istəmirəm"

İdman | 15:47 • 20 May 2019
Alleqri klub axtarır:

"Yuventus"la yolları ayırmağa qərar verən italiyalı baş məşqçi Massimiliano Alleqri növbəti mövsümü boş keçirmək istəmədiyini deyib.

XəzərXəbər xəbər verir ki, 51 yaşlı mütəxəssis təkliflər gözlədiyini deyib:

"Növbəti mövsümü boş keçirmək istəmirəm. Məni razı salacaq layihə tapacağıma inanıram. Həyat sürprizlərlə doludur. Hər şeyə hazır olmalısınız".

Alleqri "Yuventus"un baş məşqçi seçimində doğru seçim edəcəyini bildirib: "Klub mənim əvəzimə doğru seçim edəcək. İnsanlar burada asan uğur qazanıldığını deyir, ancaq bu, belə deyil".

Alleqri 2014-cü ildən "Yuventus"u çalışdırırdı. O, komandanı 5 dəfə İtaliya çempionu edib.

Xəbər lenti