Xəzər Xəbər

Sarrinin "Çelsi"dəki gələcəyi qeyri-müəyyəndir

İdman | 14:56 • 17 May 2019
Sarrinin "Çelsi"dəki gələcəyi qeyri-müəyyəndir

"Çelsi"nin sahibi Roman Abramoviç mövsümün sonunda komandanın baş məşqçisi Maurisio Sarrini istefaya göndərmək istəyir.

"La Gazetta dello Sport" xəbər verir ki, rusiyalı iş adamı alınan nəticələrdən və komandanın Premyer Liqanı 3-cü pillədə başa vurmasından razı deyil.

Sarri ilə "Milan" və "Roma" maarqlanır. 60 yaşlı mütəxəssis istefaya göndərilsə, İtaliya klubları hərəkətə keçəcək.

"Çelsi" cari mövsüm italiyalı mütəxəssisin rəhbərliyi altında 62 oyunun 39-da qalib gəlib, 11-də heç-heçə edib və 12 dəfə uduzub.

Xəbər lenti