Xəzər Xəbər

"Real" "Liverpul"un ulduzu ilə danışıqlara başladı

İdman | 11:58 • 17 May 2019
"Real" "Liverpul"un ulduzu ilə danışıqlara başladı
"Real" "Liverpul"un ulduzu Məhəmməd Salahı heyətinə qatmağa çalışır.

 

Bu barədə "Canal+" kanalının jurnalisti Filipp Karayon məlumat yayıb.

 

"Real" və Salah arasında ilkin danışıqlar baş tutub", - deyə Karayon qeyd edib.

 

Onun sözlərinə görə, Eden Hazard və Məhəmməd Salah baş məşqçi Zinədin Zidanın prioritet hədəfləridilər.

 

Salah 2018/19 mövsümündə Premyer Liqada 22 dəfə rəqib qapılarına yol tapmışdı./Fanat.az

Xəbər lenti