Xəzər Xəbər

Dünyanın ən dəyərli futbol brendi "Real" oldu

İdman | 11:53 • 17 May 2019
Dünyanın ən dəyərli futbol brendi "Real" oldu
Dünya Futbolu 16.05.201918 Baxış "Brand Finance" agentliyi futbol brendlərinin reytinqini açıqlayıb.

 

Birinci sırada "Real" qərarlaşıb. Madrid klubu 1,646 milyard avro dəyərində qiymətləndirilib.

 

Ötən ilin lideri "Mançester Yunayted" (1,472 milyard) artıq ikincidi. İlk üçlüyü isə "Barselona" (1,393 milyard) qapayır.

 

"İlk onluq"da həmçinin "Bavariya", "Mançester Siti", "Liverpul", "Çelsi", PSJ, "Arsenal" və "Tottenhem" kimi klubların adlarına rast gəlmək mümkündü.

Xəbər lenti