Xəzər Xəbər

"Ayaks"ın baş məşqçisindən böyük klublara rədd cavabı

İdman | 12:11 • 16 May 2019
"Ayaks"ın baş məşqçisindən böyük klublara rədd cavabı

"Ayaks"dakı uğurları ilədiqqət çəkən hollandiyalı baş məşqçisi Erik ten Haq gələcəyi barədə danışıb.

Adı nəhəng klublarla hallanan mütəxəssis Amsterdam klubunda qalacağını bəyan edib: "Adımın "Barselona", "Bayern", "Çelsi" kimi klublarla hallanması gözəldir, ancaq "Ayaks"la müqaviləm var. Həm də burada yaxşı zaman keçirirəm və özümü komandada yaxşı hiss edirəm. Gələn mövsümün planlarını qururuq. Hazırda ayrılığı düşünmürəm".

"Ayaks" 49 yaşlı mütəxəssisin rəhbərliyi altında Çempionlar Liqasında yarımfinal mərhələsinə qədər irəliləyib. Bundan əlavə, amsterdamlılar ölkə kubokunu qazanıb və Erediviziya çempionu olub.

Xəbər lenti