Xəzər Xəbər

"Beşiktaş" Lensdən qurtulmaq istəyir

İdman | 12:07 • 16 May 2019
"Beşiktaş" Lensdən qurtulmaq istəyir

Türkiyənin "Beşiktaş" klubu uğursuz çıxışı ilə diqqət çəkən Jermen Lenslə yolları ayırmağa qərar verib.

XəzərXəbər "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 3 illik müqaviləsi qalan hollandiyalı vingerlə yolları ayırmaq üçün danışıqlar aparacaq. Bu səbbədən 31 yaşlı oyunçunun agenti İstanbula dəvət edilib. "Qara qartallar" illik 2,25 milyon avro maaş alan futbolçudan qurtulmaq istəyir.

Hollandiyalı futbolçu bu mövsüm 35 oyuna 5 qol vurub, 10 assist edib.

Xəbər lenti