Xəzər Xəbər

Essyen "Çelsi" azarkeşlərinə müraciət etdi: Bakıya gəlin və...

İdman | 10:43 • 16 May 2019
Essyen "Çelsi" azarkeşlərinə müraciət etdi:

Hazırda "Səbail"də çıxış edən qanalı futbolçu Maykl Essyen Bakıdakı Avropa Liqasının final matçından əvvəl İngiltərənin "Çelsi" klubunun azarkeşlərinə müraciət edib.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi keçmiş komandasına "Arsenal"la keçirəcəyi qarşılaşmada dəstək istəyib.

O, üç aydır yaşadığı Bakını çox sevdiyini vurğulayaraq bütün "Çelsi" fanatlarını Azərbaycan paytaxtına dəvət edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq.

Xəbər lenti