Xəzər Xəbər

"Fənərbaxça"nın futbolçusu İspaniyaya dönür

İdman | 11:09 • 14 May 2019
"Fənərbaxça"nın futbolçusu İspaniyaya dönür

"Fənərbaxça"nın ispaniyalı hücumçusu Roberto Soldado yayda ölkəsinə dönəcək.

"Sabah" qəzeti xəbər verir ki, 33 yaşlı forvard bu mövsüm La Liqada uğurlu çıxışı ilə diqqət çəkən "Xetafe"yə transfer olacaq. İspaniya millisinin sabiq üzvü 2 illik müqaviləyə razılaşıb.

Soldado 2017-ci ildən "Fənərbaxça"da çıxış edir. O, İstanbul klubunda 58 oyuna 19 qol vurub, 10 assist edib. İspaniyalı hücumçu 2008-2010-cu illərdə "Xetafe"də çıxış edib.

Xəbər lenti