Xəzər Xəbər

Milli hücumçumuz Türkiyə Super Liqasında top qovacaq!

İdman | 11:20 • 13 May 2019
Milli hücumçumuz Türkiyə Super Liqasında top qovacaq!

Yeni mövsümdə Türkiyə Super Liqasında mübarizə aparacaq iki klubun adına aydınlıq gəlib.

PTT birinci liqada sona bir tur qalmış ilk iki pillənin sahibləri – "Gənclərbirliyi” və "Dənizlispor” vaxtından əvvəl Super Liqaya vəsiqəni təmin ediblər.

Onlar uyğun olaraq 70 və 69 xal toplayaraq ən yaxın izləyiciləri "Hatayspor”u 6, "Dənizlispor”u isə 5 xal qabaqlayıblar.

"Gənclərbirliyi” 1, "Dənizlispor” isə 9 illik fasilədən sonra yenidən elitada mübarizə aparacaqlar.

Qeyd edək ki, milli komandamızın üzvü Dəniz Yılmaz "Gənclərbirliyi”ndə top qovur. Özünü yaxşı tərəfdən göstərəcəyi halda uzaq düşdüyü milliyə dönmək fürsəti qazana bilər.

Fanat.Az

Xəbər lenti