Xəzər Xəbər

Zidan gizlətmədi: "Poqba xoşuma gəlir"

İdman | 17:05 • 12 May 2019
Zidan gizlətmədi:

Madrid "Real”ının çalışdırıcısı Zinəddin Zidan bu yay sərəncamında görmək istədiyi Pol Poqba haqda danışıb.

Zizu "Mançester Yunayted”in ulduzu barədə belə deyib: "Hə, Poqba xoşuma gəlir. Hər məşqçi yaxşı futbolçunu bəyənir. Pol başqa klubun oyunçusudu. Bu üzdən transfer arzularını dilə gətirmək düzgün alınmaz”.

Poqba bu mövsüm İngiltərə Premyer Liqasında çıxdığı 34 matçda 13 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Xəbər lenti

Çox oxunanlar