Xəzər Xəbər

“Zirə” komandası “Sabah”a, “Sumqayıt” isə “Qəbələ”yə qalib gəlib

İdman | 18:30 • 11 May 2019
“Zirə” komandası “Sabah”a, “Sumqayıt” isə “Qəbələ”yə qalib gəlib

Mayın 11-də futbol üzrə Topaz Premyer Liqasının sonuncu – XXVIII turu çərçivəsində daha iki oyun keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Sabah” komandası "Əlincə Arena”da "Zirə”ni qəbul edib. FIFA referesi Əliyar Ağayevin idarə etdiyi oyunda "Zirə” rəqib qapısından 3 cavabsız top keçirib. Komandanın heyətində Xulio Sezar Rodriqez dubl edib, Robin Nqalande isə bir dəfə fərqlənib.


"Kapital Bank Arena”da isə "Sumqayıt” və "Qəbələ” komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən matçda Ülvi İsgəndərovun vurduğu yeganə qolla "Sumqayıt” meydanı qalib tərk edib.


Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünə "Neftçi”-"Qarabağ” oyunu ilə yekun vurulacaq.

Xəbər lenti