Xəzər Xəbər

Devid Bekhemin sürücülük vəsiqəsi əlindən alındı

İdman | 17:33 • 10 May 2019
Devid Bekhemin sürücülük vəsiqəsi əlindən alındı

Londonun Bromley Magistrates Court məhkəməsində dünya şöhrətli 44 yaşlı futbolçu Devid Bekheminişinə baxılıb.

Məlumata görə, Bekhemin avtomobil idarə edərkən telefonla oynaması məşhura baha başa gəlib.

Hakim Devidin sürücülük vəsiqəsini altıay müddətinə əlindən alıb. Üstəlik, ona 750 funt-sterlinq (təxminən 1700 manat - red.) dəyərində pul cəzası kəsib.

İngiltərə qanunvericiliyinə əsasən,sükan arxasında telefondan istifadə etmək qəti qadağandır.

Qeyd edək ki, ötən il Bekhem nəinki telefonla oynayıb, eləcə də, bir neçə dəfə sürət həddini aşıb. Sürət həddi saatda 60 km olduğu halda Bekhem 90 km sürətlə hərəkət edib. Lakin bütün bunlara rəğmən, futbolçunun vəkili Friman onu bu cəzadan azad edə bilmişdi./oxu.az

Xəbər lenti